"Atletiko"nun futbolçusunu istəyir - "Mançester Yunayted"

8 Noyabr 2022 01:40 İngiltərə 461
"Atletiko"nun futbolçusunu istəyir -

"Atletiko"nun yarımmüdafiəçisi Markos Lyorente İngiltərədə oynaya bilər.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı futbolçuya “Mançester Yunayted”dən təklif gəlib.

"Qırmızı şeytanlar" ispaniyalı futbolçu üçün hərəkətə keçib.

Transfer qiyməti 40 milyon avro olan yarımmüdafiəçi üçün ingiltərəlilər eyni məbləği təklif edib.

“Real”(Madrid) yetirməsi olan futbolçu bu klubla yanaşı “Alaves”də də oynayıb. 2019-cu ildə isə o, “Atletiko”ya keçib. Lyorentenin hazırki klubu ilə 2027-ci ilə qədər müqaviləsi qüvvədədi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti