Premyer Liqa klubunun baş məşqçi postunda dəyişiklik olacaq?

7 Noyabr 2022 10:20 İngiltərə 777
Premyer Liqa klubunun baş məşqçi postunda dəyişiklik olacaq?

“Liverpul”un baş məşqçi postunda dəyişiklik ola bilər.

Komandanın zəif nəticələrinə görə klub rəhbərliyi Tomas Tuxeli Yurgen Kloppun yerinə baş məşqçi təyin edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

49 yaşlı Tuxel 2022-ci ilin sentyabrından işsizdir. O, 2021-ci ilin yanvarından rəhbərlik etdiyi “Çelsi”dən istefaya göndərilib.

Məhz Tuxelin dövründə “zadəganlar” Çempionlar Liqasını qazanıb. Tuxel daha əvvəl PSJ və Dortmund Borussiya”sında çalışıb.

55 yaşlı Klopp 2015-ci ilin oktyabrından “Liverpul”u çalışdırır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti