Salahın qolları “Liverpul”a Londonda qələbə gətirdi - VİDEO

7 Noyabr 2022 00:10 İngiltərə 720
Salahın qolları “Liverpul”a Londonda qələbə gətirdi - VİDEO

Sportinfo.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 15-ci turunda “Liverpul” səfərdə “Tottenhem”in qonağı olub.

Qarşılaşmaya qonaqlar fəal başlayıblar. 11-ci dəqiqədə M.Salah hesabı açıb. 40-cı dəqiqədə misirli futbolçu özünün və komandasının ikinci qolunu vurub.

“Tottenhem” ikinci hissədə H.Keyninin qolu ilə hesabı minimuna endirsə də, bundan artığına gücü çatmayıb.

Xallarının sayını 19-a çatdıran “Liverpul” səkkizinci pilləyə yüksəlib. “Tottenhem” isə 26 xalla dördüncü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti