Sportinfo.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 15-ci turunda “Mançester Yunayted” səfərdə “Aston Villa”ya uduzub.
Görüşdə hesabı meydan sahibləri L.Baileyin qolu ilə yeddinci dəqiqədə açıb.
İlk hissənin 11-ci dəqiqəsində L.Digne hesabı 2-0 edib. Qarşılaşmanın 45-ci dəqiqəsində J.Ramseyin avtoqolu “qırmızı şeytanlar”ı ümidləndirib.
Lakin J.Ramsey 49-cu dəqiqədə bu dəfə rəqib qapısına yol taparaq yekun hesabı müəyyənləşdirib.
3:1 hesabı ilə məğlub olan Mançester təmsilçisi turnir cədvəlində beşinci pillədə qərarlaşıb. “Aston Villa” isə qələbə sayəsində 13-cü pillədə qərarlaşıb.

