Premyer Liqa klubu ilə anlaşdı - İspaniyalı baş məşqçi

5 Noyabr 2022 15:40 İngiltərə 674
Premyer Liqa klubu ilə anlaşdı - İspaniyalı baş məşqçi

“Vulverhempton”un yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, İngiltərə klubu Xulen Lopeteqi ilə hərtərəfli anlaşma əldə edib.

Razılığa əsasən, ötən ay “Sevilya”dan istefaya göndərilən ispaniyalı çalışdırıcı Premyer Liqa təmsilçisinin “sükanı arxasına” bir müddət sonra keçəcək.

O, 16-cı tur çərçivəsində, noyabrın 12-də “Arsenal”la qarşılaşmadan sonra, DÇ-2022 üçün yaranmış fasilə zamanı “Vulverhempton”da fəaliyyətə başlayacaq.

“Vulverhempton” hazırda Premyer Liqada 10 xalla 19-cu pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti