“Mançester Yunayted”də oktyabrın ən yaxşısı kimdir?

5 Noyabr 2022 10:20 İngiltərə 420
“Mançester Yunayted”də oktyabrın ən yaxşısı kimdir?

“Mançester Yunayted”də oktyabr ayının ən yaxşı oyunçusu məlum olub.

Sportinfo.az xəbər verir ki, Kazemiro komanda yoldaşlarını qabaqlayıb.

Braziliyalı yarımmüdafiəçi azarkeşlərin 34 faiz səsini toplayıb. Kazemiro Lisandro Martines (31%), Markus Reşford (19%) və Dioqo Dalotu (16%) qabaqlayıb.

Oktyabr ayında Kazemiro “Mançester Yunayted”in heyətində 9 oyun keçirib, yalnız birində start heyətində meydana çıxmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti