Ronaldoya əvəzləyici tapıb? - “Mançester Yunayted”

5 Noyabr 2022 00:10 İngiltərə 493
Ronaldoya əvəzləyici tapıb? - “Mançester Yunayted”

“Mançester Yunayted” portuqaliyalı hücumçu Kriştiano Ronaldonun klubdan ayrılacağını ehtimal edərək, ona əvəzləyici axtarır.

Sportinfo.az xəbər verir ki, “Bayern”in hücumçusu Erik Maksim Çupo-Motinq İngiltərə klubunun maraq dairəsindədir.

“Mançester Yunayted” kamerunlu hücumçunu ciddi şəkildə izləyir.

Futbolçunun Almaniya klubu ilə müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. “Bayern” özü də hücumçu ilə müqaviləni uzatmaqda maraqlıdır.

Çupo-Motinq son 6 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Ronaldo isə bu mövsüm bütün turnirlərdə 18 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürməsi var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti