MY portuqaliyalını bir halda buraxa bilər - “Barselona”ya

4 Noyabr 2022 22:00 İngiltərə 544
MY portuqaliyalını bir halda buraxa bilər - “Barselona”ya

“Barselona” “Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalotla maraqlanır.

Sportinfo.az xəbər verir ki, İngiltərə klubu futbolçusu ilə yollarını ayırmağa tələsmir.

“Qırmızı şeytanlar” “Norviç”dən Maksimilian Aronsla müqavilə bağlasalar, 23 yaşlı futbolçunu Kataloniya klubuna buraxa bilərlər.

Daha əvvəl MY ilə müqaviləsi mövsümün sonunda başa çatacaq portuqaliyalı futbolçunun Avropanın bir neçə klubunun maraq dairəsində olduğu bildirilirdi.

Dalot 2018-ci ildən “Mançester Yunayted”də çıxış edir. O, 2020-ci ilin oktyabrından 2021-ci ilin iyununa qədər “Milan”da icarə əsasında forma geyinib.

Dalot bu mövsüm Premyer Liqa və Avropa Liqasında 17 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti