"Qələbə ilə bağlı bu istəyi, təlaşı çox az məşqçidə görmüşəm"

4 Noyabr 2022 21:40 İngiltərə 608
"Qələbə ilə bağlı bu istəyi, təlaşı çox az məşqçidə görmüşəm"

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro baş məşqçi Erik ten Haq barədə danışıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı baş məşqçinin onu təəccübləndirdiyini deyib:

“Uzun müddət futbolda olduqdan sonra, cəmi 30 yaşım olsa da, onun qələbəyə olan istəyi məni çox təəccübləndirdi.

Düşünürəm ki, ten Haqın çox güclü tərəfləri var. Hamımız bunun bir proses olduğunu bilirik və biz birlikdə böyüyürük.

Biz qalib gəlmək istəyirik. Qələbə ilə bağlı bu istəyi, təlaşı çox az məşqçidə görmüşəm”.

Kazemiro bu mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 15 oyuna çıxıb. Onun 1 qolu və 1 məhsuldar ötürməsi var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti