“Qırmızı şeytanlar” Reşforda yeni müqavilə təklif etməsə...

4 Noyabr 2022 02:40 İngiltərə 595
“Qırmızı şeytanlar” Reşforda yeni müqavilə təklif etməsə...

Markus Reşford “Mançester Yunayted”i tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” Reşforda yeni müqavilə təklif etməsə, o, yanvar ayından başqa klubla danışıqlara başlayacaq. Bu barədə “The Sun” məlumat yayıb.

Məsələ burasındadır ki, hücumçunun hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

Yəni Reşford yanvarın 1-dən etibarən digər klublarla danışıqlar aparmaq hüququna malikdir. MY bunun qarşısını almaq üçün müqaviləni bir il uzatmaq variantından istifadə etməyi planlaşdırır.

Mənbənin sözlərinə görə, Reşford xarici liqalardan gələn təkliflərə baxacaq. “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq, planlarına uyğun gəldiyi üçün hücumçunun qalmasında israr edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti