"Sevilya"nın baş məşqçi postundan uzaqlaşdırılmış Xulen Lopeteqi İngiltərəyə yollanmağa hazırlaşır.
Sportinfo.az xəbər verir ki, "Vulverhempton" ispaniyalı mütəxəssisə təklif göndərib.
"Canavarlar" tezliklə Lopeteqi ilə rəsmi müqavilə imzalamaq istəyir.
Bruno Lageni keçən ay vəzifəsindən uzaqlaşdıran İngiltərə klubuna müvəqqəti olaraq Stiv Deyvis rəhbərlik edir.

