Portuqaliyalı müdafiəçini transfer etməyə hazırlaşır - Paytaxt klubu

2 Noyabr 2022 15:40 İngiltərə 943
Portuqaliyalı müdafiəçini transfer etməyə hazırlaşır - Paytaxt klubu

"Çelsi" Ris Ceymsə əvəzləyici tapıb.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi Nelson Semedunu transfer etmək niyyətindədi.

"Zadəganlar" "Vulverhempton"un müdafiəçisinin transferi üçün qarşı tərəflə danışıqlara da start verib.

Danışıqlar müsbət yekunlaşarsa, 28 yaşlı futbolçu bu qış "Çelsi"yə keçə bilər.

“Sintrense” yetirməsi olan Nelson “Benfika”, “Fatima”, “Barselona”da oynadıqdan sonra 2020-ci ildə “Vulverhempton”a keçmişdi. Onun hazırki klubu ilə müqaviləsi 2023-cü ilin iyulun sonunda bitəcək.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!