"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandanın uğursuz çıxışı barədə danışıb.
Sportinfo.az xəbər verir ki, mütəxəssisin komandası Premyer Liqada 12 oyundan sonra 9-cudur. Klopp isə "mersisaydlılar"ın durumu ilə bağlı deyib:
"Hazırda "Liverpul"u mühakimə etmək yüz faiz ədalətli deyil. Çünki oyunçular hazır deyil. Haqsızlıq olsa belə, eybi yoxdur.
Belə suallar əhəmiyyətli deyil. Nəticələrə görə hamımızı mühakimə etmək lazımdır. Bu, həm məşqçiyə, həm də futbolçulara aiddir.
Bu, həyatdır. Problem ondadır ki, bizdə sabitlik yoxdur. Bizim yüksəlişlərimiz olduğu kimi, təbii ki, çoxlu enişlərimiz də var. Bu, göz qabağındadır”.
Klopp 2015-ci ildən "Liverpul"u çalışdırır.

