Paytaxt klubu 5 qolla liderliyini bərpa etdi - VİDEO

31 Oktyabr 2022 00:20 İngiltərə 622
Paytaxt klubu 5 qolla liderliyini bərpa etdi - VİDEO

İngiltərə Premyer Liqasında 14-cü turun növbəti oyunu başa çatıb.

Sportinfo.az xəbər verir ki, “Arsenal” öz meydanında “Nottinqem Forest”i qəbul edib.

Ötən gün ən yaxın izləyicisi “Mançester Siti”nin qələbəsindən sonra müvvəqqəti olaraq ikinci pilləyə düşən “topçular” liderliklərini bərpa etmək rəqibi topa tutublar - 5:0.

Oyun həmçinin “Arsenal” futbolçularının Milan şəhərində bıçaqlanan keçmiş komanda üzvü, hazırda isə icarə əsasında İtaliyanın “Monza” klubunda çıxış edən Pablo Mariyə dəstək aksiyası ilə yadda qalıb.

Bu nəticədən sonra London klubu ilə “şəhərlilər” arasındakı xal fərqi əvvəlki kimi 2 xal olaraq qalır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti