İngiltərə Premyer Liqasında 14-cü tur davam edir.
Sportinfo.az xəbər verir ki, liderlər qrupuna düşmək uğrunda mübarizə aparan “Mançester Yunayted” doğma meydanda “Vest Hem”i qəbul edib.
Ev sahibləri yeganə qolu görüşün ilk hissəsinin sonlarına doğru, ingiltərəli hücumçu Markus Reşfordun 38-ci dəqiqədə Kristian Eriksenin ötürməsindən sonra dəqiq zərbəsi ilə vura bilib.
“Qırmızı şeytan”ların hücumçusu Kriştianu Ronaldu ikinci oyun ardıcıl olaraq komandanın start heyətində yer alıb.
Forvard şəxsən fərqlənə bilməsə də, komandası meydanı üzüğa tərk edib - 1:0.

