"Mənim heç bir problemim yoxdur, ondan çox şey tələb edirəm"

30 Oktyabr 2022 10:20 İngiltərə 573
"Mənim heç bir problemim yoxdur, ondan çox şey tələb edirəm"

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Şerif”lə oyununda (3:0) braziliyalı hücumçu Antoninin fintini şərh edib.

Sportinfo.az xəbər verir ki, niderlandlı baş məşqçi, Antonidən çox şey tələb etdiyini deyib:

“Antoni faydalıdırsa, mənim heç bir problemim yoxdur. Mən ondan çox şey tələb edirəm: daha çox açılmasını, dar yerlərdə daha çox hərəkət.

Belə bir fint faydalı olduqda gözəldir. Topu itirməmisənsə, yaxşısan. Ancaq bu, fint etmək naminədirsə, mən düzəlişlər edəcəm”.

22 yaşlı futbolçu oyunun ilk yarısında öz oxu ətrafında iki dəfə 360 dərəcə dönüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti