“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Mançester Yunayted”in gücləndiyini düşünür.
Sportinfo.az xəbər verir ki, o, “qırmızı şeytanlar”ın əvvəlki günlərinə geri dönəcəyini hiss etdiyini deyib:
“Mançester Yunayted”in geri dönəcəyini hiss edirəm. “Şerif”lə matça və “Çelsi”yə qarşı oyunun ilk hissəsinə baxdım.
İndi “Mançester Yunayted”də gördüklərimi bəyənirəm”.
“Mançester Siti” Premyer Liqa çərçivəsində oktyabrın 29-da “Lester”lə, “Mançester Yunayted” isə 30 oktyabrda “Vest Hem”lə qarşılaşacaq.

