”Çox ciddi oğlandır, şəhərin mərkəzində bizim gözətçimizdir”

28 Oktyabr 2022 12:00 İngiltərə 672
”Çox ciddi oğlandır, şəhərin mərkəzində bizim gözətçimizdir”

“Mançester Yunayted”in yarımmüdafiəçisi Antoni komanda yoldaşı Kazemiro haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Antoni, Kazemironun son dərəcə ciddi biri olduğunu deyib:

“Kazemiro çox ciddi oğlandır. Mən həmişə deyirəm ki, o, şəhərin mərkəzində bizim gözətçimizdir. O, son dərəcə ciddidir”.

Kazemiro bu ilin yayında “Real”dan “Mançester Yunayted”ə keçib. Braziliyalı futbolçu əvvəllər “San Paulo”, “Portu” kimi klublarda da çıxış edib.

30 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 8 oyuna çıxıb, 1 qol vurub və bir məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti