"Aston Villa"nın yeni baş məşqçisi bəlli olub.
Sportinfo.az xəbər verir ki, bu vəzifə Unay Emeriyə həvalə edilib.
İspaniyalı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Premyer Liqa təmsilçisinin sükanı arxasında Stiven Cerardı əvəzləyən Emeri yeni işinə noyabrın 1-dən başlayacaq.
İddiaya görə, "Aston Villa" bu keçid üçün İspaniya "Vilyarreal"ına 6 milyon avro təzminat ödəyəcək.
Unay Emeri 2020-ci ildən La Liqa klubuna rəhbərlik edirdi.

