Ronaldo intizamsızlıq etdi, əsas komandadan kənarlaşdırıldı

21 Oktyabr 2022 15:20 İngiltərə 558
Ronaldo intizamsızlıq etdi, əsas komandadan kənarlaşdırıldı

Kriştiano Ronaldo "Mançester Yunayted"in əsas komandasında uzaqlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, buna portuqaliyalı ulduzun intizamsız davranışları səbəb olub.

Ronaldo Premyer Liqanın 11-ci turunun "Tottenhem"lə matçında (2:0) meydana sonradan daxil olmaq istəməyib. O, görüşün 89-cu dəqiqəsində isə stadionu tərx edib.

Buna görə də "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq 37 yaşlı futbolçunun adını 12-ci turun "Çelsi" ilə oyununun heyətinə daxil etməyəcək.

"Çelsi" - "Mançester Yunayted" qarşılaşması 22 oktyabr tarixində Bakı vaxtilə saat 20:30-da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti