“Mançester Yunayted” qalib gəldi, rekorda imza atdı - VİDEO

20 Oktyabr 2022 18:40 İngiltərə 935
“Mançester Yunayted” qalib gəldi, rekorda imza atdı - VİDEO

İngiltərə Premyer Liqasının 12-ci turu daha bir maraqlı qarşılaşma ilə yadda qalıb.

Sportinfo.az xəbər verir ki, “Old Trafford”da “Mançester Yunayted”lə “Tottenhem” üz-üzə gəlib.

Mankunianlılar matçın ilk yarısında “Tottenhem”in qapısına 19 dəfə zərbə endirməklə mövsümün rekorduna imza atıblar.

Həmin zərbələrdən 5-i çərçivəyə yönəlib. Buna baxmayaraq ilk hissədə qol olmayıb.

Qarşılaşmanın ikinci yarısında rəqibini iki dəfə məyus edən “qırmızı şeytanlar” yekunda sevinən tərəf olublar - 2:0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti