“Mançester Yunayted”in ulduzu Kriştianu Ronaldo növbəti qalmaqalla gündəmə gəlib.
Sportinfo.az xəbər verir ki, portuqaliyalı oyunçu İngiltərə Premyer Liqasının 12-ci turunda “Tottenhem”ə 2:0 qalib gəldikləri oyun başa çatmamış stadionu tərk edib.
O, meydana çıxmadığı üçün əsəbiləşərək paltardəyişmə otağına yollanıb.
Ronaldo bundan əvvəl oktyabrın 2-i keçirilən “Mançester Siti” ilə matçda da (3:6) ehtiyat oyunçular skamyasında qalmışdı.
Həmin vaxt Ten Haq Ronaldonun karyerasına hörmət etdiyi üçün onu hesabda geridə olduqları oyunda meydana buraxmadığını söyləmişdi.

