Qvardiola şikayətləndi: "Neçə milyon belə foul qeydə almayıb?"

18 Oktyabr 2022 01:30 İngiltərə 564
Qvardiola şikayətləndi: "Neçə milyon belə foul qeydə almayıb?"

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Fil Fodenin “Liverpul”la matçda kobud oyuna görə ləğv edilən qolundan və hakimlikdən danışıb.

Sportinfo.az xəbər verir ki, o, bunları deyib:

“Hakim mənə oyuna necə davam etməli olduğumu deyirdi. Neçə milyon belə foul qeydə almayıb? Bilmirəm. Ancaq bura “Enfilddir”.

Ötən gün Premyer Liqanın 11-ci turu çərçivəsində “Liverpul” öz meydanında “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub edib.

“Mançester Siti” Premyer Liqada 10 oyundan sonra 23 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

“Liverpul” 9 oyundan sonra 13 xalla səkkizinci yerdədir. Növbəti turda MS evdə “Brayton”u, “Liverpul” isə “Vest Hem”i qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti