İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeytin DÇ-2022-nin kubokunu qazanacaqları təqdirdə, bonus olaraq alacağı məbləğ müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, yığma dünya çempionu olsa, mütəxəssis 4 milyon funt sterlinq qazanacaq.
Bu da 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında qalib olmaq üçün təklif edilən analoji bonusdan təxminən 3 dəfə çoxdur.
Sautqeyt 4 il əvvəl 1,5 milyon funt sterlinq qazana bilərdi. Ancaq həmin il İngiltərə mundialda 4-cü yeri tutmuşdu.
İngiltərə DÇ-2022-də İran, ABŞ və Uelslə eyni qrupda çıxış edəcək. Sautqeytin komandası çempionatın ilk oyununu noyabrın 21-də İrana qarşı keçirəcək.

