Polis Premyer Liqa klubunun hücumçusunu həbs etdi – Sevgilisini zorlamaya görə

17 Oktyabr 2022 01:40 İngiltərə 727
Polis Premyer Liqa klubunun hücumçusunu həbs etdi – Sevgilisini zorlamaya görə

“Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud saxlanılıb.

Sportinfo.az xəbər verir ki, bu ilin yanvarında keçmiş sevgilisi Harriet Robsonu zorlamağa və ona hücum etməyə cəhd edən 21 yaşlı futbolçu zaminə buraxılmışdı.

Lakin girov şərtini yerinə yetirməyən gənc futbolçunun evinə polis basqın edib və o, yenidən saxlanılıb.

Harriet Robson bu yaxınlarda sosial media hesabında Meyson Qrinvudu ona qarşı cinsi təcavüzdə ittiham edib.

2018-ci ildən əsas komandada çıxış edən Meyson Qrinvud “Mançester Yunayted”in yetirməsidir.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!