Qətərdəki dünya çempionatını buraxacaq - "Çelsi"nin müdafiəçisi

17 Oktyabr 2022 00:10 İngiltərə 468
Qətərdəki dünya çempionatını buraxacaq -

İngiltərə milli komandasının heyətində ciddi itki baş verib.

Sportinfo.az xəbər verir ki, "Çelsi"nin müdafiəçisi Ris Ceyms sıradan çıxıb.

Çempionlar Liqası qrup mərhələsinin 4-cü turunun "Milan"la oyununda (2:0) zədələnən 23 yaşlı sağ cinah müdafiəçisinin durumu ciddidir.

Futbolçu iki ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə onun 21-dən dekabrın 18-dək Qətərdə baş tutacaq dünya çempionatını buraxacağı deməkdir.

Ris Ceyms cari mövsümdə "Çelsi"nin heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti