“Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldu karyerasını “Barselona”da davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Britaniyanın “The Sun” nəşri yayıb.
Nəşr yazır ki, futbolçunun agenti Jorje Mendeş Mançester şəhərində yerləşən restoranlarından birində “Barselona” rəhbərliyi ilə görüşüb.
Lakin Mendeş, eyni zamanda “Mançester Siti”nin oyunçusu Bernardu Silvanın da agentidir və bu görüş Silvanın keçidi ilə də bağlı ola bilər.
Ronaldu bu ilin yayında “Mançester Yunayted”i tərk etmək istəyib. Onun agenti futbolçu üçün variantlar axtarır.
Ronaldu bu mövsüm İngiltərə Premyer Liqasında 7 oyunda meydana çıxıb və bir dəfə fərqlənib.

