“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Pol Skoulz yay transfer pəncərəsində komandaya qoşulan Kazemiro haqqında fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, Skoulz, braziliyalı futbolçunun onu təəccübləndirdiyini deyib:
“Təbii ki, heyətdə bu səviyyədə futbolçunun olması lazımdır. O, ötürmə keyfiyyəti ilə məni xüsusilə təəccübləndirdi.
Kazemiro “Real”da olarkən Luka Modriç və Toni Kroosun kölgəsində idi. Həqiqətən, belə oyunçulara ehtiyac var.
Ümid edirəm ki, “Mançester Yunayted”in nəticələri onunla yaxşılaşacaq”.
Kazemironun “Real”dan transferi “Mançester Yunayted”ə 70,65 milyon avroya başa gəlib.

