Ronaldodan yeni paylaşım: “Biz sona qədər inanırıq”

15 Oktyabr 2022 10:00 İngiltərə 552
Ronaldodan yeni paylaşım: “Biz sona qədər inanırıq”

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo sosial şəbəkədə yeni paylaşım edib.

Sportinfo.az xəbər verir ki, o, “tvitter” hesabında komandasının fotosunu paylaşaraq, “Biz sona qədər inanırıq” yazıb.

Oktyabrın 13-də Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunu keçirilib və “Mançester Yunayted” Kipr “Omoniya”sını qəbul edib.

Görüş “Old Trafford” stadionunda baş tutub və “qırmızı şeytanlar” 1:0 hesablı qələbə qazanıb.

MY “Real Sosyedad”dan 3 xal geri qalaraq, qrup ikincisidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti