La Liqa nəhənginə transfer oluna bilər - Fransız

13 Oktyabr 2022 00:10 İngiltərə 1 103
La Liqa nəhənginə transfer oluna bilər - Fransız

“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı fransalı futbolçu ilə “Barselona” maraqlanır.

Xəbərdə bildirilir ki, Kante Kataloniya nəhənginin transfer hədəflərindən biridir.

Daha əvvəl mediada “Çelsi”nin Kante ilə müqaviləni yeniləmək niyyətində olmadığı barədə məlumatlar yayılmışdı. Baxmayaraq ki, hazırkı müqavilə 2022/2023 mövsümünün sonunda başa çatır.

Kante 2022/2023 mövsümündə cəmi iki oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti