DÇ-2022-ni də buraxacaq - Premyer Liqa klubunda ciddi itki

11 Oktyabr 2022 21:40 İngiltərə 890
DÇ-2022-ni də buraxacaq - Premyer Liqa klubunda ciddi itki

“Vulverhempton” ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin hücumçusu Pedro Neto sıradan çıxıb.

O, Premyer Liqanın 9-cu turu çərçivəsində baş tutan “Vest Hem”lə səfər matçında (0:2) zədə almışdı.

Müayinələrdən sonra 22 yaşlı forvardın zədəsinin ciddi olduğu müəyyənləşib. Portuqaliyalı futbolçunun topuğundan aldığı zədə səbəbindən əməliyyat olunacağı bildirilib.

Portuqaliya yığmasının da üzvü olan oyunçunun bərpa müddəti açıqlanmayıb. Amma onun DÇ-2022-də iştirak etməyəcəyi dəqiqdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti