Ronaldo “Mançester Yunayted”ə səfər qələbəsi qazandırdı – VİDEO

10 Oktyabr 2022 01:30 İngiltərə 1 032
Ronaldo “Mançester Yunayted”ə səfər qələbəsi qazandırdı – VİDEO

İngiltərə Premyer Liqasında X tur davam edir.

Sportinfo.az xəbər verir ki, “Everton” doğma meydanda “Mançester Yunayted”ə 2:1 hesabı ilə məğlub olub.

Matçın beşinci dəqiqəsində “Everton”un hücumçusu Aleks Ayobi hesabı açıb. On dəqiqə sonra qonaq komandanın hücumçusu Antoni tabloda hesabı bərabərləşdirib.

Matçın ilk hissəsinin sonunda “qırmızı şeytanlar”ın hücumçusu Kriştianu Ronaldo komandasını hesabda irəli çıxarıb.

81-ci dəqiqədə qonaqların hücumçusu Markus Reşford komandasının 3-cü qolunu vursa da, VAR-a baxdıqdan sonra hakimlər əllə oyuna görə qolu ləğv ediblər.

Beləliklə, səkkiz matçdan sonra aktivində 15 xal olan “Mançester Yunayted” Premyer Liqanın turnir cədvəlində beşinci pillədə qərarlaşıb. “Everton” 10 xalla 12-ci pillədədir

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti