“Mançester Yunayted”in futbolçusunu poniyə bənzətdi

9 Oktyabr 2022 18:40 İngiltərə 545
“Mançester Yunayted”in futbolçusunu poniyə bənzətdi

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Pol Skoulz cinah oyunçuları Antoni və Ceydon Sançonun oyunu, “qırmızı şeytanlar”ın müdafiə xətti haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Skoulz, Antonini hiyləgər poniyə bənzədib:

“Antoni hiyləgər poniyə (kiçik at) bənzəyir. O, həmişə topu ayağında saxlayır, geri və ya yan ötürmə edir, ya da, sadəcə vurur. Düşünürəm ki, o, inkişaf etməlidir.

Sanço? Onun həqiqətən də, anlaşması üçün sol cinah müdafiəçisi və ya mərkəz hücumçusu kimi sürətli partnyora ehtiyacı var və hazırda onlar yoxdur.

Həm də, mən “Mancester Yunayted”in arxa dördlüyünün təkbətək oyunda kifayət qədər yaxşı olduğunu düşünmürəm”.

“Mançester Yunayted” bu mövsüm Premyer Liqada 7 oyundan sonra 12 xalla altıncı yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti