Premyer Liqa klubu 37 yaşlı baş məşqçiyə tapşırılır

8 Oktyabr 2022 15:40 İngiltərə 991
Premyer Liqa klubu 37 yaşlı baş məşqçiyə tapşırılır

Bir müddət əvvəl "Leyptsiq"in baş məşqçi postundan istefaya göndərilmiş Domeniko Tedesko İngiltərəyə yollanmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, gənc mütəxəssis "Sauthempton"la danışıq aparır.

Premyer Liqa təmsilçisi Ralf Hazenhüttlyanı istefaya göndərərək onu Tedesko ilə əvəzləmək niyyətindədir.

İngiltərə klubunun baş məşqçi postuna namizədlərdən digəri də Xosep Qvardiolanın köməkçisi Enzo Mareskadı.

37 yaşlı əslən İtaliyadan olan alman mütəxəssis "Erzgebirge Aue", "Şalke", "Spartak" klublarını çalışdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti