"Qadağa qoyun, o robotdur"

8 Oktyabr 2022 01:30 İngiltərə 743
"Qadağa qoyun, o robotdur"

"Mançester Siti"yə keçdikdən sonra ardıcıl uğurlara imza atan Erlinq Haaland üçün qəribə kampaniya başladılıb.

Sportinfo.az xəbər verir ki, kampaniya ingiltərəli azarkeşlər tərəfindən təşkil olunub.

Onlar bu vasitə ilə 22 yaşlı hücumçunu Premyer Liqada oynamasının dayandırılmasını istəyiblər. Kampaniyaya artıq 2 milyondan çox şəxs qatılıb.

Hətta fanatlar Böyük Britaniya Parlamentinə rəsmi petisiya göndərərək yazıblar: "Haaland bir robotdur".

Böyük Britaniya Parlamentinin bu şikayətə necə cavab verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Haaland Premyer Liqada çıxdığı 8 matçda 14 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti