"Darıxıram, amma bu mənim seçimim idi - Mən bunu bilirdim və hazır idim"

7 Oktyabr 2022 10:00 İngiltərə 762
"Darıxıram, amma bu mənim seçimim idi - Mən bunu bilirdim və hazır idim"

“Çelsi”nin müdafiəçisi Xalidu Kulibali bu yay ayrıldığı “Napoli” klubu ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, “Napoli” üçün darıxdığını etiraf edib:

“Napoli” üçün darıxıram, amma bu mənim seçimim idi. Dünyanın ən yaxşı klublarından biri olan “Çelsi”yə getmək istəyirdim.

İtaliyadan İngiltərəyə keçməyin çətin olacağını bilirdim. Mən bunu bilirdim və hazır idim”.

31 yaşlı futbolçu yay transfer pəncərəsində 38 milyon avroya “Napoli”dən “Çelsi”yə transfer olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti