“Ronaldonun bədbəxt olduğunu görmürəm, mən ona hörmət etdim, meydana buraxmadım”

6 Oktyabr 2022 12:00 İngiltərə 665
“Ronaldonun bədbəxt olduğunu görmürəm, mən ona hörmət etdim, meydana buraxmadım”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasında “Mançester Siti” ilə matçda (3:6) portuqaliyalı hücumçu Kriştiano Ronaldonun ehtiyat oyunçular skamyasında qalmasından narazı olduğunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, Ronaldoya hörmət etdiyi üçün meydana buraxmadığını deyib:

“Mən Ronaldoya hörmət etdiyim üçün onu meydana buraxmadım. Bunun yanvarda və ya gələn il baş verə biləcəklərlə heç bir əlaqəsi yoxdur.

Mən onun bədbəxt olduğunu görmürəm. O, xoşbəxtdir, özünü yaxşı hiss edir, klubda olmaq xoşuna gəlir.

Mən demirəm ki, o, bazar günü oynamadığı üçün sevindi. Əlbəttə ki, oynamaq istəyir və bunu edə bilməyəndə çox əsəbiləşir. Ronaldo motivasiyalıdır və bizim ondan gözlədiyimiz budur”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti