İlkay Gündoğan "Mançester Siti"dən "Barselona"ya keçir?

4 Oktyabr 2022 18:20 İngiltərə 626
İlkay Gündoğan "Mançester Siti"dən "Barselona"ya keçir?

"Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq İlkay Gündoğan İspaniyaya yollana bilər.

Sportinfo.az xəbər verir ki, "Barselona" rəsmiləri almaniyalı futbolçunu heyətinə qatmaq barədə düşünür.

Kataloniya təmsilçisi 31 yaşlı yarımmüdafiəçini azad agent statusu ilə heyətinə qatmaq istəyir.

Gündoğan 2016-cı ilin yayında "Borussiya"dan (Dortmund) Mançester klubuna keçib.

Onun İngiltərədə qalmayacağı gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti