"Yuventus"dan transfer etdiyi futbolçunu ikinci komandaya göndərdi - "Liverpul"

4 Oktyabr 2022 01:40 İngiltərə 544
"Yuventus"dan transfer etdiyi futbolçunu ikinci komandaya göndərdi -

"Liverpul"un "Yuventus"dan transfer etdiyi Artur Melo gözləntiləri doğrultmur.

Sportinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi fiziki cəhətdən hazır deyil.

Mersisayd təmsilçisinin məşqçilər heyəti 26 yaşlı futbolçunu ikinci komandaya göndərib. Oyunçu tam hazır olmadan əsas komandaya qayıtmayacaq.

"Liverpul" Artur Melonu yay transfer pəncərəsi zamanı "Yuventus"dan icarəyə götürüb. Premyer Liqa klubu 2023-cü ilin yayında futbolçunu birdəfəlik transfer etmək hüququna sahibdir.

Lakin Arturun performansı Yürgen Kloppu qane etmədiyi üçün onun "Yuventus"a geri qaytarılacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti