Haalandı Messi ilə müqayisə etdi - Qvardiola

4 Oktyabr 2022 00:10 İngiltərə 382
Haalandı Messi ilə müqayisə etdi - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Mançester Yunayted" üzərində qazanılan 6:3 hesablı qələbədən sonra açıqlama verib.

Sportinfo.az xəbər verir ki, ispan mütəxəssis matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan Erlinq Haaland haqda fikirlərini bildirib.

O, norveçli hücumçunu Lionel Messi ilə müqayisə edib:

"Erlinq Haaland Lionel Messi kimi hər matçda qol vurur. Ancaq Haalanda qol vurmaq üçün bütün komanda kömək edir.

Messi isə bunu təkbaşına edirdi. Bütün oyunçularımız bir-biriləri üçün mübarizə aparır.

Hər kəs komanda yoldaşının qaçdığını görəndə daha çox qaçmaq üçün səy göstərir. Son illərdəki uğurlarımızın sirri bir-birimiz üçün oynamağımızdır".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!