Premyer Liqa klubu 6 xala qane olmadı, baş məşqçini qovdu

3 Oktyabr 2022 12:00 İngiltərə 644
Premyer Liqa klubu 6 xala qane olmadı, baş məşqçini qovdu

İngiltərə Premyer Liqasında növbəti baş məşqçi ayrılığı gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, "Vulverhempton" Bruno Laje ilə yollarını ayırıb.

46 yaşlı mütəxəssis uğursuz nəticələrə görə qovulub. Komanda 8 turdan sonra 6 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Bruno Laje 2021-ci ilin yayından "Vulverhempton"un baş məşqçisi idi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti