Mançester derbisi: “Şəhərlilər” “şeytan”a göz açmağa imkan vermədi – VİDEO

3 Oktyabr 2022 00:10 İngiltərə 450
Mançester derbisi: “Şəhərlilər” “şeytan”a göz açmağa imkan vermədi – VİDEO

İngiltərə Premyer Liqasının IX turu Mançester derbisi ilə əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, turun mərkəzi görüşündə “Mançester Siti” “Mançester Yunayted”i qəbul edib.

“Ettihad” stadionunda baş tutan, gərgin və maraqlı keçən derbidə qapılara 9 qol vurub.

“Mançester Siti” “qırmızı şeytanlar”ı meydana çıxmağa peşman edib - 6:3.

“Şəhərlilər” bu qələbə ilə xallarını 20-ə çatdırıb və 2-ci pillədəki mövqeyini möhkəmləndirib, “Mançester Yunayted” 12 xalla 6-cıdır.

Siyahıya 21 xalla “Arsenal” başçılıq edir. “Tottenhem” 17 xalla 3-cüdür.

“Mançester Siti” – “Mançester Yunayted” 6:3
Qollar:
Foden, 8, 44, 73, Haaland, 34, 37, 64 - Antoni, 56, Marsial, 84, 90+1 (pen.)

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu