"Bunun belə olub-olmayacağını bilmirik, amma mənə elə gəlir ki..."

2 Oktyabr 2022 21:40 İngiltərə 370
"Bunun belə olub-olmayacağını bilmirik, amma mənə elə gəlir ki..."

"Mançester Siti"nin qolçusu Erlinq Haalandın atası Alf-İnqe Halland oğlunun Avropanın 5 böyük liqasında da oynamaq istədiyini bildirib.

Sportinfo.az xəbər verir ki, o deyib:

“Düşünürəm ki, Erlinq bütün çempionatlarda özünü sınamaq istəyir. Hər liqada o, maksimum üç-dörd il keçirəcək.

Almaniyada iki il yarım, İngiltərədə iki il yarım, sonra İspaniya , İtaliya, Fransa ola bilər, elə deyilmi?

Bunun belə olub-olmayacağını bilmirik. Amma mənə elə gəlir ki, o, özünü bütün əsas liqalarda sınamaq fikrindədir"

Norveçli hücumçu bu yay Dortmund"Borussiya"sından "Mançester Siti "yə keçib və klubla 2027-ci ilin iyununa qədər müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti