“Karyeranı bitirməlisən” - Keçmiş futbolçudan Ronaldoya məsləhət

1 Oktyabr 2022 12:20 İngiltərə 416
“Karyeranı bitirməlisən” - Keçmiş futbolçudan Ronaldoya məsləhət

İtaliyalı keçmiş futbolçu Antonio Kassano hesab edir ki, “Mançester Yunayted”in və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldonun karyerasını başa vurmasının vaxtı çatıb.

Sportinfo.az xəbər verir ki, Kassano bunları deyib:

“Artıq dözə bilmirsənsə, bitirməlisən. Bu, bütün idman növlərinin qaydasıdır.

O, çoxlu kuboklar əldə etdi, fenomen idi, çox pul qazandı. Amma artıq Ronaldo “Mançester Yunayted”in ulduzu deyil”.

Ronaldo UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunun İspaniya ilə oyununda (0:1) Portuqaliya millisinin məğlubiyyətinə üzülüb.

İspaniya millisi 11 xal toplayaraq Millətlər Liqasının pley-off mərhələsinə yüksəlib, Portuqaliya yığması isə 10 xalla ikinci olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"