"Düşünürəm ki, ən böyük uğuru burada əldə edəcəm”

1 Oktyabr 2022 10:20 İngiltərə 346
"Düşünürəm ki, ən böyük uğuru burada əldə edəcəm”

Norveçli hücumçu Erlinq Haland “Borussiya”dan (Dortmund) “Mançester Siti”yə keçidi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, “şəhərlilər”lə böyük uğur əldə edəcəyini düşünür:

“2021-ci ildə “Mançester Siti” ilə “Borussiya” arasında keçirilən oyundan sonra “Mançester Siti”nin beş futbolçusu onların komandasına qoşulmalı olduğumu söylədi.

Onlar Con Stounz, Ruben Diaş, İlkay Gündoğan, Fil Foden və Kevin de Bruyne idi.

“Mançester Siti” hazırda dünyanın ən yaxşı klubudur. Düşünürəm ki, ən böyük uğuru burada əldə edəcəm”.

Haland bu mövsüm MS-nin heyətində bütün yarışlarda 11 matçda 14 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

22 yaşlı norveçli bu ilin yayında 60 milyon avroya “Mançester Siti”yə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!