Kanadalı hücumçu ilə maraqlanır - Premyer Liqanın iştirakçısı

18 Yanvar 00:10 İngiltərə 1 007
Kanadalı hücumçu ilə maraqlanır - Premyer Liqanın iştirakçısı

“Yuventus”un hücumçusu Conatan David karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.

“Tottenhem” kanadalı futbolçuya ciddi şəkildə maraq göstərir və onu cari transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir.

26 yaşlı forvard cari mövsümdə bütün turnirlərdə 26 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Yuventus”la müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti