Paytaxt klubu 85 milyon avroluq müdafiəçi transferini rəsmən duyurdu

31 Avqust 2022 18:20 İngiltərə 865
Paytaxt klubu 85 milyon avroluq müdafiəçi transferini rəsmən duyurdu

"Çelsi" müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi "Lester Siti"nin mərkəz müdafiəçisi Uesli Fofananı transfer edib.

Premyer Liqa klubu fransalı müdafiəçi ilə 7 illik müqavilə imzalayıb. "Çelsi"nin 21 yaşlı futbolçu üçün qarşı tərəfə 85 milyon avro ödədiyi bildirilir.

Uesli Fofana "Lester Siti"yə 2020-ci ilin yayında "Sent-Etyenn"dən transfer olunub.

Gənc oyunçu "tülkülər"in heyətində meydana çıxdığı 52 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada