Ronaldonun “Napoli”yə keçidi razılaşdırılıb? - TRANSFER GÜNDƏMİ

30 Avqust 2022 12:20 İngiltərə 1 030
Ronaldonun “Napoli”yə keçidi razılaşdırılıb? - TRANSFER GÜNDƏMİ

“Mançester Yunayted” hücumçusu Kriştiano Ronaldoya “Napoli”yə keçməyə icazə verib.

Sportinfo.az xəbər verir ki, bu barədə “La Gazzeta dello Sport” məlumat yayıb.

Xəbərdə bildirilir ki, portuqaliyalı hücumçunun transferi ilə bağlı sövdələşmə yaxın vaxtlarda tamamlana bilər.

“Napoli” Ronaldonu icarəyə götürəcək, “Mançester Yunayted” isə portuqaliyalı hücumçunun maaşını tam ödəyəcək.

Hücumçu Viktor Osimhen isə Neapol klubundan Mançesterə yollanacaq. “Mançester Yunayted” onun üçün 100 milyon avro ödəyəcək.

Bir müddət əvvəl “Napoli”nin baş məşqçisi Luçano Spaletti hər bir mütəxəssisin Ronaldo ilə işləmək arzusunda olduğunu bildirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti