"Ona tamamilə aşiqik"

29 Avqust 2022 18:20 İngiltərə 861
"Ona tamamilə aşiqik"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola futbolçusu Erlinq Haaland haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis Premyer Liqanın 4-cü turunda "Kristal Pelas"la matçdan (4:2) sonra açıqlamasında həmin görüşdə het-trik edən forvardı tərifləyib:

"Ona tamamilə aşiqik. Bizim üçün Haalandın sadəcə vurduğu qollar yox, nə qədər xoşbəxt olduğu da vacibdir.

Onun davranışlarını və bədən dilini görürəm. Futbolçuların bədən dilinə diqqət yetirirəm. Haalandda bu, həmişə düzgün mövqedədir".

Haaland "Mançester Siti"yə bu yay 51 milyon avroya "Borussiya"dan (Dortmund) keçib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada