"Onunla bağlı heç bir müzakirə və ya danışıqlar yoxdur" GETMİR

27 Avqust 2022 12:00 İngiltərə 728
"Onunla bağlı heç bir müzakirə və ya danışıqlar yoxdur" GETMİR

“Mançester Siti”nin baş direktoru Ferran Soriano yarımmüdafiəçi Bernardo Silvanın bu yay klubu tərk edəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

Sportinfo.az xəbər verir ki, klub rəsmisi,Silvanın “şəhərlilər”dən ayrılması ilə bağlı heç bir müzakirə olmadığını deyib:

“Bernardo Silva ilə bağlı heç bir müzakirə və ya danışıqlar yoxdur”.

Daha əvvəl çıxan xəbərlərdə “Mançester Siti”nin Silvanı saxlamaq üçün onunla yeni müqavilə imzalamağa hazır olduğu bildirilirdi. Futbolçu ilə “Barselona”nın yaxından maraqlandığı deyilir.

28 yaşlı futbolçu 2017-ci ilin iyulundan “Mançester Siti”də çıxış edir. O, bu mövsüm 3 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada